• 10 °C
|

Rusiyanın Kiyevə PUA hücumundan sonra hökumət binasında yanğın baş verib

7 Sentyabr 2025
img

Rusiyanın sentyabr 7-nə keçən gecə Kiyev şəhərinə həyata keçirdiyi kütləvi PUA hücumu nəticəsində hökumət binasında yanğın baş verib.

APA xəbər verir ki, bu barədə paytaxt meri Vitali Kliçko “Telegram” kanalında məlumat verib.

“Yanğınsöndürənlər hadisə yerində işləyirlər”, – deyə Kliçko əlavə edib.