
Rusiyanın gecə saatlarında Ukraynanın Kiyev vilayətinə PUA-larla hücumu nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bu barədə "RBK-Ukrayna" Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkoya istinadən məlumat yayıb.
Məlumata görə, Brovarı rayonunda üç ərazidə PUA qalıqlarının düşməsi nəticəsində fərdi yaşayış evi, yardımçı tikililər və avtomobillər zədələnib. Qeyri-yaşayış binasının ərazisində isə yanğın baş verib.
Hücum nəticəsində 3 nəfər ölüb. Ölənlər arasında uşaq da var. Daha 3 nəfər yaralanıb, onların arasında da uşaq olduğu bildirilir.
Hazırda ərazidə xilasedicilər və aidiyyəti xidmətlərin əməkdaşları işləyir. Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.