03 Apr 2026

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinin mərkəzinə pilotsuz uçuş aparatları ilə zərbəsi nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.
Məlumata görə, şəhərin Şevçenkovski rayonun mərkəzi küçələrinin birinə dronun düşməsi nəticəsində bir neçə avtomobil yanıb, iki tibb müəssisəsinə ziyan dəyib.
Vilayət rəhbəri qeyd edib ki, Xarkova hücumlar artıq üç gündür davam edir.