Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Ukraynanın Xarkov şəhərinə hücumu nəticəsində xəsarət alanların sayı 64-ə çatıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Ukrayna lideri Rusiyaya təzyiqləri artırmağa çağırıb.
10:02
Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Ukraynanın Xarkov şəhərinə hücumu olub.
APA UNİAN-a istinadən xəbər verir ki, hücum nəticəsində yaşayış binalarına zərbə endirilib.
Nəticədə iki nəfər ölüb, 54 nəfər yaralanıb. Yaralılardan 8-i uşaqdır.