• 13 °C
|

Rütte: Avstraliya və Yeni Zelandiya Ukrayna üçün ABŞ-dan silah alınması proqramına qoşulub

3 Dekabr 2025
img

NATO Baş katibi Mark Rütte bildirib ki, Avstraliya və Yeni Zelandiya ABŞ-dan Ukrayna üçün silah tədarükünü nəzərdə tutan PURL proqramına (Procurement of U.S. Lethal and non-lethal military equipment for Ukraine) qoşulub.

APA xəbər verir ki, O, bunu Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Avstraliya və Yeni Zelandiya NATO-ya üzv olmayan, lakin PURL proqramına qoşulan ilk ölkələrdir”, – Rütte vurğulayıb.

Onun sözlərinə görə, hazırda NATO üzvü olan ölkələrin üçdə ikisi bu mexanizmdə iştirak etdiyini bəyan edib. Avqustdan ilin sonunadək ABŞ-dan Ukrayna üçün alınacaq silahların ümumi dəyəri “4 milyard dollardan çox” olacaq.