• 14 °C
|

Rutte: Ukraynada müharibənin dekabradək başa çatmasını gözləyirik

26 Noyabr 2025
img

Ukraynada müharibənin 2025-ci ilin dekabrınadək mümkün başa çatmasını gözləyirik.

APA xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte bu fikri “El País”ə müsahibəsində bildirib.

O, vurğulayıb ki, saziş imzalansa belə, Rusiya Avropa üçün uzunmüddətli təhdid olaraq qalacaq.

“Proqnoz vermək həmişə çətindir, amma mən həqiqətən də yaxın zamanda sülhün bərqərar olacağına ümid edirəm”, — Baş katib qeyd edib.