• 11 °C
|

Serbiya Superliqasında “Radniçki” klubunun baş məşqçisi oyun zamanı vəfat edib

4 Noyabr 2025
img

Serbiya Superliqasında çıxış edən “Radniçki” futbol klubunun baş məşqçisi Mladen Jijoviç oyun zamanı dünyasını dəyişib.

APA yerli KİV-ə istinadən xəbər verir ki, hadisə qarşılaşmanın 22-ci dəqiqəsində baş verib. Jijoviç qəfil olaraq skamyada huşunu itirib.

O, dərhal xəstəxanaya aparılıb, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Futbolçular məşqçinin ölüm xəbərini oyunun 41-ci dəqiqəsində birbaşa meydanda öyrəniblər. Bundan sonra görüş dayandırılıb, oyunçular isə ağlayaraq meydanda diz çöküblər.

Qeyd edək ki, 43 yaşlı Mladen Jijoviç “Radniçki”nin baş məşqçisi kimi cəmi üçüncü oyununa çıxmışdı.