
Ukrayna xarici işlər nazirinin müavini Sergey Kislitsa Prezident Administrasiyası rəhbərinin birinci müavini təyin olunub.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında məlumat verib.
"Biz diplomatik işimizin təfərrüatlarını və Prezident Aparatında bu sahəni gücləndirmək imkanlarını, xüsusən də tərəfdaşlarla ən yüksək səviyyədə ünsiyyətin təmin edilməsini, ikitərəfli işin inkişaf etdirilməsini və Xarici İşlər Nazirliyi sistemi ilə sinxronizasiyanı müzakirə etdik. Sergey Prezident Aparatı rəhbərinin birinci müavini təyin olunacaq", – Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Kislitsa danışıqlar prosesi üzərində də işləməyə davam edəcək.