• 10 °C
|

“Shell” Venesuelada fəaliyyətini bərpa edə bilər

5 Yanvar 2026
img

Britaniyanın neft-qaz şirkətləri "Shell" və "BP" ABŞ-ın Venesuelada prezident Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələnən əməliyyatından sonra ölkədə fəaliyyətini bərpa edə bilər.

APA xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, "Shell" Karib dənizində yerləşən və ehtiyatları təxminən 120 milyard kubmetr qaz həcmində qiymətləndirilən “Dragon” qaz yatağının işlənməsində maraqlıdır. Gözləntilərə əsasən, layihə 30 il ərzində hər il təxminən 500 milyon dollar gəlir gətirə bilər.

Qeyd olunur ki, daha əvvəl layihənin icrası ABŞ hakimiyyəti ilə lisenziyanın verilməsi ilə bağlı yaranan mübahisələr səbəbindən dayandırılmışdı. Lakin yeni siyasi şəraitdə bu vəziyyətin dəyişə biləcəyi istisna edilmir.