• 7 °C
|

Sırski: Ukraynada müharibə hələ dalana dirənməyib

22 Fevral 2026
img

Ukraynadakı müharibə hələ dalana dirənməyib.

APA xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Le Monde” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, 2025-ci ildə ərazilər əldən-ələ keçməyə davam edib və döyüşlər bütün cəbhələrdə – quruda, havada və dənizdə davam edib.

“Rusiya 2025-ci ildə 406 min əsgəri səfərbər etsə də ümumi itkilər, ölən və yaralananların sayı təxminən 418 min əsgər təşkil edib”, – deyə Sırski bildirib.