• 26 °C
|

Slovakiya Rusiyaya qarşı 18-ci sanksiyalar paketini dəstəkləməyəcək

10 İyun 2025
img

Slovakiya Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 18-ci sanksiyalar paketini dəstəkləməyəcək.

APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Fitso özünün “Facebook” səhifəsində açıqlama yayıb.

"Avropa Komissiyası bu qərarın nəticəsində Slovakiyanın düşəcəyi böhranlı vəziyyət üçün real və tətbiq edilə bilən bir həll yolu təqdim etməzsə, Slovakiya Rusiya Federasiyasına qarşı hazırlanan 18-ci sanksiyalar paketini dəstəkləməyəcək", – deyə Fitso bildirib.