• 12 °C
|

Starmer: Britaniya Ukraynada atəşkəsə nəzarət missiyasında iştirak edəcək

6 Yanvar 2026
img

Böyük Britaniya münaqişə dayandırıldıqdan sonra Ukraynada atəşkəsə nəzarət üzrə ABŞ-ın rəhbərlik etdiyi missiyada iştirak edəcək.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Parisdə “İstəklilər koalisiyası” sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz ABŞ-ın rəhbərliyi altında istənilən atəşkəsin monitorinqi və verifikasiyasında iştirak edəcəyik”, – deyə Starmer vurğulayıb.