• 14 °C
|

Starmer Trampı Ukraynaya silah tədarükünü davam etdirməyə inandırmaq istəyir

5 Yanvar 2025
img

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampı andiçmə mərasimindən sonra Ukraynaya silah tədarükünü davam etdirməyə inandırmaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə “The Sunday Times” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Starmer inauqurasiyadan sonra ilk həftələrdə Trampla görüşməyi və onunla Ukraynaya hərbi yardımı müzakirə etməyi planlaşdırır.

Bundan əlavə, tərəflər Çinlə münasibətləri müzakirə edə bilər.