• 12 °C
|

Stubb: Aİ Ukrayna məsələsində Rusiyanın maraqlarını nəzərə almayacaq

21 Sentyabr 2025
img

Finlandiya Prezidenti Aleksander Stubb bildirib ki, Avropa İttifaqı Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı qərarlarda Rusiyanın maraqlarını nəzərə almaq niyyətində deyil.

APA xəbər verir ki, O, bu fikri “The Guardian” qəzetinə müsahibəsində səsləndirib.

“Rusiyanın müstəqil dövlətin suveren qərarlarında heç bir söz haqqı yoxdur”, – deyə Stubb vurğulayıb.