• 9 °C
|

Ştutqartın əsas qatar stansiyası boşaldılıb

21 Dekabr 2025
img

Almaniyanın Ştutqart şəhərindəki əsas qatar stansiyası şübhəli baqaj aşkarlanması səbəbilə boşaldılıb.

APA xəbər verir ki, bu barədə DPA xəbər agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, Ştutqartın əsas qatar stansiyası şübhəli baqaj aşkarlanması səbəbilə boşaldılıb. Federal polisin böyük bir kontingenti hadisə yerində əməliyyat həyata keçirir.

Qatarların hərəkəti qismən məhdudlaşdırılıb.