Gürcüstanın paytaxtı Tbilisidə parlamentbinasınınqarşısında etiraz aksiyası başlayıb.
APA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, mitinq iştirakçıları parlamentin yerləşdiyi Rustaveli prospektində magistral yolu bağlayıblar.
Davamlı aksiyanın 56-cı günündə nümayişçilərin tələbi dəyişməzdir. Onlar yeni seçkilərin təyin edilməsi və aksiyalar zamanı həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.
Məlumat üçün bildirək ki, vətəndaşların etirazıbaş nazir İrakli Kobaxidzenin noyabrın 28-də Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər təxirə saldığı bəyanatından sonra başlayıb.