• 10 °C
|

Türkiyə parlamentinin spikeri dövlət qurumlarını və əhalini güclü zəlzələyə hazır olmağa çağırıb

23 Aprel 2025
img

Gözlənilən İstanbul zəlzələsi qapıdadır, hər an baş verə bilər.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib.

O, xalq və dövlətin baş verə biləcək güclü zəlzələyə hazır olmasının önəmli olduğunu vurğulayıb.

Qeyd edək ki İstanbulda 6,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələdən sonra afterşoklar davam edir.