• 17 °C
|

Türkiyədə ağır yol qəzasında 4 nəfər ölüb – VİDEO

5 Aprel 2025
img

Türkiyədə ağır yol qəzası nəticəsində 4 nəfər ölüb.

APA “Haber Global”a istinadən xəbər verir ki, hadisə İstanbulun Pendik rayonunda baş verib.

Belə ki, "Hyundai" markalı avtomobil qarşısında hərəkətdə olan yük maşınına çırpılıb. Hadisə nəticəsində 3-ü qadın olmaqla 4 nəfər həyatını itirib.

Faktla bağlı yerli istintaq orqanları tərəfindən araşdırma aparılır.