• 28 °C
|

Türkiyədə helikopterin qəzaya uğraması ilə bağlı yayılan xəbər təsdiqlənməyib – YENİLƏNİB

22 Avqust 2026
img

Giresunda yüksək gərginlik xətləri ilə bağlı iş aparan helikopterin qəzaya uğraması barədə yayılan xəbər təsdiqlənməyib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Giresun valisi Mustafa Koç bildirib ki, bölgədə aparılan araşdırmalar zamanı hansısa hava vasitəsinə rast gəlinməyib.

***

15:24

Türkiyənin Giresun vilayətinin Piraziz rayonunda yüksək gərginlik xətləri ilə bağlı iş aparan helikopter qəzaya uğrayıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Helikopterin qəzaya uğrama səbəbi hələlik məlum deyil.