• 30 °C
|

Türkiyədə xizəkçilik mərkəzindəki yanğında ölənlərin sayı 10 nəfərə çatıb – VİDEO – YENİLƏNİB-1

21 Yanvar 2025
img

Türkiyədə xizəkçilik mərkəzində ölənlərin sayı 10 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

32 nəfərin isə yaralandığı qeyd edilib.

Yanğının söndürülməsi davam etdirilir.

***

09:11

Türkiyədə xizəkçilik mərkəzində ölənlərin sayı altı nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

31 nəfərin isə yaralandığı qeyd edilib.

***

08:59

Türkiyədə Bolu bölgəsində yerləşən Kartalkaya xizək kurortu ərazisindəki hotellərdən birində yanğın baş verib.

APA NTV-yə istinadən xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb, 21 nəfər yaralanıb.

Vəfat edənlərdən ikisi hündürlükdən atladıqları üçün ölüb.