• 27 °C
|

Türkmənistan Prezidenti Gürcüstana səfər edəcək

15 İyul 2026
img

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov sabah Gürcüstana rəsmi səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Prezident Administrasiyasının mətbuat xidməti yayıb.

Səfər çərçivəsində Sərdar Berdiməhəmmədov gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə təkbətək görüş keçirəcək.

Dövlət başçıları ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini və regional məsələləri müzakirə edəcəklər.