
Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti yeni proqram tələbindən sonra 17-21 noyabr tarixlərində Ukrayna rəsmiləri ilə görüşlər keçirib.
APA xəbər verir ki, bu barədə BVF-dən verilən açıqlamada bildirilir.
Açıqlamada BVF və Ukrayna rəsmilərinin 48 aylıq 8,2 milyard dollar miqdarında yeni Genişləndirilmiş Fond Mexanizmi (EFF) tənzimləməsi üzrə heyət səviyyəsində razılığa gəldikləri bildirilir.
Açıqlamada həmçinin qeyd olunur ki, Ukrayna rəsmiləri qeyri-rəsmi iqtisadiyyatla mübarizə aparmaq, korrupsiyanın qarşısını almaq və dövlət müəssisələri də daxil olmaqla idarəetməni təkmilləşdirmək öhdəliklərinə malikdirlər.
Yeni proqramın əvvəlki tədbirlərin tamamlanmasından və donorlardan kifayət qədər maliyyə təmin edildikdən sonra təsdiq üçün BVF İcraiyyə Şurasına təqdim edilə biləcəyi bildirilir.