• 17 °C
|

Ukrayna Fransadan əlavə “Mirage” qırıcıları alacaq

27 Oktyabr 2025
img

Fransa Ukraynaya əlavə "Mirage" tipli qırıcı təyyarələr verəcək, Böyük Britaniya isə hava hücumundan müdafiə vasitələrinin tədarükünü davam etdirəcək.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında yayımlanan çıxışında məlumat verib.

“Xüsusilə Böyük Britaniyaya və Fransaya təşəkkürümü bildirmək istəyirəm. Ukrayna üçün əlavə Mirage qırıcıları və hava hücumundan müdafiə raketləri ilə bağlı qərar qəbul olunub. Böyük Britaniya bizə HHM sahəsində dəstəyini davam etdirəcək – həm raketlərlə, həm də dron istehsalı ilə,” – deyə Zelenski vurğulayıb.