
Ukrayna pilotsuz uçuş aparatlarının kütləvi istehsalını qısa müddətdə təşkil edərək müasir, effektiv və nisbətən ucuz silahlar hazırlamağa nail olsa da, Rusiya ballistik raketlərinin zərbələri qarşısında hələ də ciddi çətinlik yaşayır.
UNİAN bu barədə İspaniyanın ekspert rəyinə istinadən xəbər yayıb.
Məlumata görə, iyulun 2-si və 6-da Kiyevə edilən son iki irimiqyaslı hücum zamanı buraxılan 53 ballistik raketdən 49-u hədəfə çatıb. Bu isə raketlərin 92 faizdən çoxunun hava hücumundan müdafiə sistemlərini keçdiyini göstərir. Xüsusilə iyulun 6-da buraxılan 29 ballistik raketin heç biri vurulmayıb.