• 23 °C
|

Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir

31 Yanvar 2025
img

Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir.

APA xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov “Facebook” hesabında açıqlayıb.

“Artıq 2025-ci il üçün müqavilələr var. Əsas prioritet F-16 proqramıdır. Qırıcıların növbəti partiyasının 2025-ci ildə təhvil verilməsini gözləyirik və pilotların, mühəndis-texniki heyətin təlimlərini davam etdiririk”, – deyə nazir vurğulayıb.