
Ukrayna Qara Dənizdə Rusiya gəmisinə qarşı hücumda iştirakını təkzib edib.
APA xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bununla bağlı özünün “X” hesabında açıqlama yayıb.
“Ukraynanın bu insidentə heç bir aidiyyəti yoxdur və biz Rusiya propoqandası tərəfindən yayılan bu cür ittihamları rəsmi olaraq rədd edirik. Bundan başqa, Rusiyadan Türkiyənin ekskluziv iqtisadi zonasından keçərək Gürcüstana gedən haqqında danışılan yolun heç bir mənası yoxdur və bu onu deməyə imkan verir ki, Rusiya bütün bu insidenti səhnələşdirmiş ola bilər” XİN sözçüsü bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Qara Dənizdə Rusiya gəmisi hücuma məruz qalıb.