• 23 °C
|

Ukrayna Rusiyanın 67 PUA-sını zərərsizləşdirib

8 Fevral 2025
img

Rusiya ötən gecə Ukrayna istiqamətində 139 pilotsuz uçuş aparatı buraxıb, onlardan 67-si Ukraynanın müdafiə qüvvələri tərəfindən məhv edilib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı QüvvələrininBaş Qərargahı məlumat yayıb.

Qeyd edilib ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 139 pilotsuz təyyarəsindən 67-ni zərərsizləşdirib, daha 71-i isə radarlardan itib.