• 7 °C
|

Ukrayna “Starlink”in Rusiya dronlarında istifadəsi probleminin həllinə çalışır

29 Yanvar 2026
img

Ukrayna Müdafiə Nazirliyi “SpaceX” ilə birlikdə “Starlink”in Rusiya dronlarında istifadəsi problemini həll edir.

APA xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Mixail Fedorov “Telegram”da bildirib.

Onun sözlərinə görə, Ukrayna şəhərləri üzərində “Starlink”lə əlaqəsi olan Rusiya dronlarının görünməsindən bir neçə saat sonra Müdafiə Nazirliyinin komandası “SpaceX” şirkəti ilə operativ şəkildə əlaqə quraraq bu problemin həlli yollarını təklif edib:

“SpaceX”-in prezidenti Qvinn Şotvell və şəxsən İlon Maska çevik reaksiya verdiyinə və vəziyyəti həll etməyə başladığına görə təşəkkür edirəm”.