• 27 °C
|

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələnərək qətlə yetirilib – VİDEO

10 İyul 2025
img

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç bu gün səhər saatlarında Kiyevdə güllələnərək qətlə yetirilib.

APA UNN-ə istinadən xəbər verir ki, bu barədə keçmiş kəşfiyyatçı Roman Çervinski “Facebook”da bildirib.

Səsboğucu ilə təchiz olunmuş tapançadan İvan Voroniçə beş güllə atılıb.

O, çoxsaylı güllə yaraları nəticəsində hadisə yerində ölüb.

Qətlin motivi məlum deyil.