• 7 °C
|

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk vəzifəsindən ayrılıb

5 Yanvar 2026
img

Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk vəzifəsindən ayrılıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.

Prezident Malyuka Ukraynanın Təhlükəsizlik Xidmətində apardığı döyüş fəaliyyətinə görə təşəkkür edib, eyni zamanda, ona yeni, strateji əhəmiyyətli istiqamət üzrə fəaliyyətini davam etdirməsini təklif edib.

“Vasili Malyuka asimmetrik əməliyyatlarımız istiqamətini dünyanın ən güclüsü səviyyəsinə çatdırmağı tapşırdım. Bunun üçün lazımi resurslar və müvafiq siyasi dəstək mövcuddur. Ukrayna Təhlükəsizlik Xidmətinin yeni rəhbərinin seçilməsi üçün namizədləri də birlikdə müzakirə etdik”, – Ukrayna Prezidenti əlavə edib.

Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyatlar Mərkəzinin rəisi Yevgeniy Xmara ilə də görüşüb.

Zelenski vurğulayıb ki, Ukrayna xüsusi təyinatlılarının və Ukraynanın Təhlükəsizlik Xidmətinin “A” Mərkəzinin təcrübəsi geniş miqyasda tətbiq ediləcək.

Ukrayna Prezidentinin müşaviri Dmitri Litvinin verdiyi məlumata görə, Yevgeniy Xmara Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbərinin vəzifələrini müvəqqəti olaraq icra edəcək.