27 Noy 2025

Ukrayna və Beynəlxalq Valyuta Fondu (BVF) 8,2 milyard dollardan çox yeni dəstək proqramı barədə razılığa gəlib.
APA Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Yuliya Sviridenko bildirib.
Proqramın müddəti dörd ildir.
Vəsaitlər kritik xərcləri ödəməyə, makro maliyyə sabitliyini qorumağa və əlavə beynəlxalq yardım cəlb etməyə kömək edəcək.