• 17 °C
|

Ukrayna və Macarıstanın XİN başçıları iki ölkə arasındakı problemlərin həlli yollarını müzakirə ediblər

4 Aprel 2025
img

Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqa Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Naziri Piter Siyarto ilə iki ölkə arasındakı mövcud problemlərin həlli yollarını müzakirə edib.

Bu barədə Sibiqa "X"də paylaşım edib.

"Biz ikitərəfli əlaqələrimizdəki problemlərin həlli yollarını müzakirə etdik. Ukrayna maneələrə deyil, həllər tapmağa maraqlıdır", – deyə Sibiqa qeyd edib.

Bundan əlavə, Sibiqa bildirib ki, tərəflər Kiyev və Budapeşt arasında növbəti danışıqlar turunun gələn həftə keçiriləcəyinə razılaşıblar.