14 İyl 2025
“Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda daha bir Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub”.
APA xəbər verir ki, bu barədə Ukraynada yaşayan soydaşımız Anar Natiqoğlu sosial mediada paylaşım edib.
Məlumata görə, 1982-ci il təvəllüdlü, hərbi hissədə, mexanikləşdirilmiş batalyonunun tibb məntəqəsinin sanitar təlimatçısı Mehdiyeva Əminə Əli qızı döyüş tapşırığı yerinə yetirərkən iyulun 9-da Dnepropetrovsk vilayətinin Sinelnıki rayonunun Novopavlivka qəsəbəsi ərazisində həlak olub.