• 10 °C
|

Von der Leyen Serbiyanı Aİ üzvlüyü üçün Rusiyaya qarşı sanksiyalara riayət etməyə çağırıb

15 Oktyabr 2025
img

Serbiya Avropa İttifaqına üzvlüklə bağlı “dəqiq addımlar atmalıdır” və qanunun aliliyinə hörmət, seçki islahatları, media azadlığı və Rusiya əleyhinə sanksiyalara riayət olunmasını təmin etməlidir.

APA xəbər verir ki, bunu Serbiyada səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen bildirib.

“Xarici siyasətimizdə, o cümlədən Rusiya əleyhinə sanksiyalarda daha böyük uyğunlaşmanı görməliyik,”, – deyə Von der Leyen Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə birlikdə keçirdiyi mətbuat konfransında qeyd edib.