• 22 °C
|

Vuçiç 25 və ya 26 sentyabrda Serbiya prezidenti vəzifəsindən istefa verəcək

11 Sentyabr 2026
img

Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ-dan qayıtdıqdan sonra dövlət başçısı vəzifəsindən istefa verəcək.

APA xəbər verir ki, o, bunun 25 və ya 26 sentyabrda baş verəcəyini bildirib.

Nyu-Yorkdan qayıtdıqdan dərhal sonra istefa ərizəmi təqdim edəcəyəm”, – Vuçiç mətbuat konfransında N1 televiziyasının sualına cavab olaraq deyib.

Qeyd edək ki, Vuçiç bundan əvvəl oktyabrın 25-nə parlamentə növbədənkənar seçkilər təyin edib. O, hakim partiyanın siyahısına rəhbərlik edəcək və Baş nazirliyə namizəd olacaq.