Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə növbəti dəfə pilotsuz təyyarələrlə hücum edib.
APA xəbər verir ki, bu haqda Xarkovun meri İqor Terexov məlumat verib.
Onun məlumatına görə Xarkovun Şevçenkovski, Kiyevski və Novobavarski rayonlarına Geran-2 PUA-ları ilə hücum olub.
"Hücum nəticəsində yaşayış binalarına ziyan dəyib. Ziyan dəyən binalar arasında mülki müəssisə, idman kompleksi və uşaq bağçası da var. Hazırda binaların yaxınlığında dayanmış 50-dən çox avtomobilin zədələndiyi müəyyən edilib. 3 nəfər tibbi yardım üçün müraciət edib", – o bildirib.