• 7 °C
|

Yunanıstanda 5,4 bal gücündə zəlzələ baş verib

8 Mart 2026
img

Yunanıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Larisa şəhərindən 155 km qərbdə yerləşib.

Həmin şəhərdə təxminən 144 min nəfər yaşayır. Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.