Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinə ABŞ-dan silah alışı üçün aylıq ən azı 1 milyard dollar lazımdır.
APA xəbər verir ki, Zelenski bu barədə Norveçin Baş Naziri Yonas Qar Störe ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.
“Norveç PURL proqramına qoşulub. Bu proqram vasitəsilə ABŞ-dan silah almaq mümkündür və məqsədimiz proqramı ayda ən az 1 milyard dollar həcmində doldurmaqdır”, – deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, PURL (Prioritised Ukraine Requirements List) proqramı 14 iyul tarixində ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rütte tərəfindən istifadəyə verilib.
Bu mexanizm çərçivəsində NATO müttəfiqləri ABŞ ehtiyatlarından Ukrayna üçün silah alır.