• 10 °C
|

Zelenski ABŞ-ın istənilən silahını almaq üçün Trampdan razılıq almaq niyyətindədir

17 Oktyabr 2025
img

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüş zamanı Kiyevə istənilən Amerika silahını məhdudiyyətsiz almaq hüququnun verilməsinə dair prinsipial razılıq əldə etməyə çalışacaq.

APA xəbər verir ki, bu barədə ABŞ-ın “Axios” portalına Zelenski administrasiyasının rəhbəri Andriy Yermak məlumat verib.

Onun sözlərinə görə, Zelenski ABŞ-dan alınan silahların çeşidini genişləndirmək niyyətindədir.

"Bizə ABŞ-ın siyasi qərarı lazımdır ki, Ukrayna ehtiyac duyduğu istənilən silahı heç bir məhdudiyyət olmadan ala bilsin", – deyə Yermak vurğulayıb.