• 28 °C
|

Zelenski Almaniya XİN başçısı ilə Ukraynanın qışa hazırlığını müzakirə edib

23 Avqust 2026
img

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın xarici işlər naziri İohann Vadeful ilə ölkənin qışa hazırlığını və hava hücumundan müdafiənin gücləndirilməsini müzakirə edib.

APA xəbər verir ki, bu barədə Zelenski “X” sosial şəbəkəsində bildirib.

Görüş Kiyevdə baş tutub. Zelenski Almaniyanın Ukraynaya hava hücumundan müdafiə sahəsində dəstəyinə görə təşəkkür edib və qarşıdakı qış dövründə əhalinin müdafiəsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Tərəflər həmçinin “Drone Deal” formatında sazişin hazırlanması və sənədin yaxın vaxtlarda imzalanması ilə bağlı işləri müzakirə ediblər.