• 26 °C
|

Zelenski Kiyevlə Varşava arasında münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya səfər edib

29 İyul 2026
img

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və Varşava arasında münasibətlərin gərginləşməsindən sonra ilk dəfə Polşaya səfər edib.

"UNIAN" xəbər verir ki, Zelenski Lyublin şəhərində Polşanın Baş naziri Donald Tusk ilə görüşəcək.

Məlumata görə, tərəflər Zelenskinin ABŞ-a son səfərinin nəticələrini, o cümlədən ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqları müzakirə edəcəklər.