• 9 °C
|

Zelenski Mayami danışıqlarının ilkin nəticələrini açıqlayıb

22 Dekabr 2025
img

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna nümayəndə heyətinin Mayamidəki işinin ilkin nəticələrini açıqlayıb.

APA xəbər verir ki, dövlət başçısı bunu Diplomatik Xidmət Günündə çıxışı zamanı jurnalistlərə bildirib.

O bildirib ki, müharibənin sona çatması ilə bağlı ABŞ nümayəndələri ilə bir neçə sənəd layihəsi razılaşdırılıb ki, buraya Ukrayna üçün hüquqi cəhətdən gələcək məcburi təhlükəsizlik zəmanətlərinin müzakirəsi də daxildir.

"Əsas məqsədimiz ədalətli sülh və müharibənin sonudur. Hələ də müharibə davam edir. Amma biz qələbəni diplomatiya yolu ilə əldə etmək üçün hər şeyi edirik. Ən azı diplomatiya yolu ilə. Bu, mümkün qədər çox qəhrəman hərbi qulluqçumuzu, döyüşçülərimizi qorumaqdır", – Zelenski əlavə edib.

Dövlət başçısı onu da əlavə edib ki, Ukrayna nümayəndə heyəti hazırda Mayamidən Ukraynaya qayıdır.