17 İyn 2025
Ukraynanın sabitliyi üçün illik 40 milyard dollar büdcə dəstəyinin verilməsi vacibdir.
APA xəbər verir ki, bunu Ukryana Prezidenti Volodimir Zelenski “G7” liderlərinin xüsusi iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, vəsaitin ayrılması üçün “G7” liderlərinin, o cümlədən ABŞ-nin ümumi qərarı olmalıdır.
Zelenski hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün də maliyyə ayrılmasını istəyib.
Ukrayna lideri əlavə edib ki, ABŞ Rusiyaya kifayət qədər təzyiq göstərməməsinə baxmayaraq, hələ də geniş qlobal maraqlara və ən çox müttəfiqə malikdir.