07 İyn 2025
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edən nümayəndə heyətinin hesabatlarını dinlədikdən sonra Rusiyanın yeni hərbi əməliyyatlara hazırlaşdığını bildirib.
APA xəbər verir ki, bu barədə dövlət başçısı “Telegram” hesabında məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti ABŞ-da bütün səviyyələrdə faydalı görüşlər keçirib.
O əlavə edib ki, Rusiya Silahlı Qüvvələri yeni döyüş əməliyyatlarına hazırlaşır.