Ukrayna prezidenti Volodimir Zelenski bu gün Dublində rəsmi səfərdə olub və İrlandiya parlamentinin iclasında çıxış edib.
APA xəbər verir ki, bu, Zelenskinin İrlandiyaya ilk rəsmi səfəridir.
Zelenski İrlandiya parlamentində çıxışı zamanı bildirib ki, Ukrayna hazırda sülhə hər zamankından daha yaxındır və dövlət başçısı hazırda diplomatik imkanların real pəncərəsinin yarandığını vurğulayıb.
“İndi bu müharibəyə son qoymaq üçün əvvəlkindən daha çox şans var. Amma sülh ədalətli və davamlı olmalıdır. Hazırda Cenevrədə hazırlanmış və Floridada daha da təkmilləşdirilmiş 20 məqam var. Amma gördüklərimə əsasən deyə bilərəm ki, bəzi şeylər hələ də işlənməlidir. ABŞ müharibəni bu və ya digər şəkildə bitirmək üçün ciddi addımlar atır.”, –Zelenski bildirib.
O, İrlandiyanın humanitar yardımını və siyasi dəstəyini də yüksək qiymətləndirib, həmçinin qeyd edib ki, İrlandiyanın NATO üzvü olmamasına baxmayaraq, ölkə müharibə müddətində Ukrayna üçün neytral olmayıb.