• 28 °C
|

Zelenski: Ukrayna münaqişəsinin həlli Trampın əlindədir

12 İyun 2025
img

Rusiya ilə Ukrayna arasında münaqişənin həlli ABŞ Prezidenti Donald Trampın əlindədir.

APA “Politico” nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Hər şey onun əlindədir. Sanksiyalar paketinin nə dərəcədə güclü olacağı ondan asılıdır. Qərarların qəbulu sürəti də ondan asılıdır”, – Zelenski qeyd edib.

Prezidentin fikrincə, Trampın Rusiyaya təzyiq göstərmək üçün lazım olan təsir rıçaqları var.