Ukrayna prezidenti Volodimir Zelenski, Ukraynanın Rusiya ilə 2 iyun tarixində İstanbulda keçiriləcək danışıqlarda iştirakını təsdiqləyib.
APA xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında məlumat verib.
“Ukrayna müdafiə nazirinin, xarici işlər nazirinin, Baş Qərargah, kəşfiyyat və Ukrayna Təhlükəsizlik Xidmətinin hesabatlarını dinlədim. İstanbulda bazar ertəsi baş tutacaq görüş öncəsi mövqelərimizi müəyyən etdim”, – deyə Zelenski bildirib.
Danışıqlarda atəşkəs və əsirlərin azad edilməsi müzakirə olunacaq
Zelenskinin sözlərinə görə, Ukrayna nümayəndə heyəti atəşkəs məsələləri, əsirlərin azad edilməsi və digər mühüm mövzuları müzakirə etməyi planlaşdırır.
“Nümayəndə heyətimizə bazar ertəsi Rustem Umerov rəhbərlik edəcək”, – deyə Zelenski vurğulayıb.