
Gürcüstanın keçmiş Baş naziri Zurab Jvaniyanın (1963-2005) oğlu Besarion (Busa) Jvaniya axtarışa veriləcək.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunda keçirilən brifinqdə bildirilib.
Besarion Jvaniya gənc sahibkar Niko Kvaratsxeliyanın sifarişlə qəsdən qətlə yetirilməsinin təşkilində ittiham olunur. Eyni ittiham Quram və David Kakuliya qardaşlarına qarşı da sürülüb.
Baş Prokurorluq Jvaniya barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edəcək. Onunla bağlı qanunla müəyyən edilmiş qaydada axtarış elan olunacaq.
Qeyd edək ki, 22 yaşlı Niko Kvaratsxeliya 2021-ci ilin sentyabrın 15-də Tbilisidə qətlə yetirilib. O, "Feedc" onlayn platformasının təsisçisi idi. Qətldə təqsirli bilinən Ako Çelidze 17 il, Giorgi Kaviladze isə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Besarion Jvaniya 2021-ci ildə qətlə yetirməyə cəhddə ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun hazırda harada olduğu açıqlanmır.