• 20 °C
|

Azərbaycan nefti 99 dollar səviyyəsində ticarət olunur

6 İyun 2026
img

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"APA-Economics” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.3 ABŞ dolları və ya 1,29% azalaraq 99.48 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 100.78 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.