|

Bakı Fond Birjasının dövriyyəsi 21% azalıb

5 Noyabr 2026
img

2026-cı ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasının (BFB) üzvlərinin ümumi dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 20,8% azalıb.

"APA-Economics” xəbər verir ki, BFB üzvlərinin ümumi dövriyyəsi 69,3 milyard manat təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 87,5 milyard manat olub.

Beləliklə, dövriyyə illik müqayisədə 18,2 milyard manat azalıb.

Bunun əksinə, əməliyyatların sayı 49 519-dan 104 602-yə yüksəlib. Artım 55 083 əməliyyat və ya 111,2% təşkil edib.

Bir əməliyyata düşən orta dövriyyə isə 1,77 milyon manatdan 662,9 min manata enərək 62,5% azalıb.